“Tobol” həmyerlimizi tərifləyib

“Tobol” həmyerlimizi tərifləyib

“Tobol”un rəsmi saytı klubun qapıçısı Emil Balayevin millimizdə debütünü dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, qazaxlar onun dünya birinciliyinin gümüş medalçısı Xorvatiya ilə oyunda əzmkarlığını qeyd ediblər:

“Qolkiper inamlı oyun nümayiş etdirərək komandasını bir neçə dəfə qoldan xilas etdi. Ancaq Xorvatiya millisi istəyinə 11-metrlik cərimə zərbəsindən sonra nail oldu. Qapıçı 90 dəqiqə ərzində meydanda mübarizə apardı”.

Xatırladaq ki, sentyabrın 9-da “Bakcell arena”da görüş 1:1 heç-heçə bitib.

Həmin kateqoriyadan