Tokio-2020-də paracüdoçumuz koronavirusa tutuldu, bayraqdar dəyişdi

Azərbaycanlı paralimpiya çempionu Ramil Qasımovun olimpiya kəndində Covid-19 PCR test nümunəsi pozitiv çıxıb. Allsport.az saytı xəbər verir ki, bir neçə saat sonra təkrar test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün, paracüdoçumuz Tokioda xüsusi karantinə yerləşdirilib və yay paralimpiya oyunlarından kənarlaşdırılıb. O, karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.

Onunla yaxın təmasda olan paracüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Paracüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər. Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib.

11 paracüdoçumuz arasında 2-qat paralimpiya çempionu İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin paralimpiya oyunlarının qalibi Oloxan Musayev olacaq.

İdmançılarımızın səhətində heç bir problem yoxdur, hamısı yarışa tam hazırdır.

Həmin kateqoriyadan