- Baxış sayı: 309
- 28 Aprel 2026 18:35
- Baxış sayı: 49
- May 06, 2026
- 0

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 yay olimpiya oyunlarının ləğvi də mümkündür. Allsport.az xəbər verir ki, təşkilat komitəsinin direktoru Haruyuki Takaşi bu barədə məlumat verib.
O, oyunların ləğvinin qarşısını almaq üçün çalışacaqlarını deyib: “Əgər yazda olimpiadanın yayda keçirilməsinin problemli olacağını görsək, Beynəlxalq olimpiya komitəsi ilə müzakirə aparacağıq. Tokio-2020-nin keçirilməməsi dünya iqtisadiyyatına böyük ziyan vuracaq”.
Tokio olimpiadasının gələn il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.