Tokio olimpiadasının təxirə salınması üçün tələb olunan məbləğ

Tokio-2020 təşkilat komitəsi və Yaponiya hökuməti olimpiadanın gələn ilə təxirə salınması üçün tələb olunan məbləğlə bağlı razılığa gəliblər. Allsport.az saytı xəbər verir ki, bu, 294 milyard yen (təqribən 2,8 milyard dollar) təşkil edir.

Ümumi məbləğin 96 milyard yeninin (təqribən 923 milyon dollar) yarışlarda koronavirusa yoluxma hallarının qarşısını almaq üçün tədbirlərə yönəldiləcəyi qeyd olunur. 23 milyard yen (təxminən 1,1 milyard dollar) Yaponiya paytaxtının rəhbərliyi tərəfindən qarşılanacaq.

Qalan məbləğ təşkilat komitəsi (103 milyard yen (təxminən 990 milyon dollar) və Yaponiya hökuməti (71 milyard yen (təxminən 682 milyon dollar) tərəfindən ödəniləcək.

Xatırladaq ki, Tokio oimpiadası iyulun 24-dən avqustun 5-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il sonraya təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək planlaşdırılır.

Həmin kateqoriyadan