Tomas Bax: Tokio oyunlarına əlavə tibb işçiləri göndərməyə hazırdıq

Beynəlxalq olimpiya komitəsi pandemiya şəraitində Yaponiya həkimlərinə dəstək olmaq üçün Tokio yay olimpiya oyunlarına əlavə tibb işçiləri göndərməyə hazırdır. Allsport.az saytı xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax bilgi verib.

O, Yaponiyada olimpiada ərəfəsində keçirilən bütün test yarışlarının koronavirus infeksiyasının yayılmasına qarşı yönəlmiş lazımi təhlükəsizlik tədbirlərinin protokollarına uyğun keçirildiyini qeyd edib. BOK rəsmisi deyib ki, “dördillik” Yaponiyanın inanılmaz yüksək ruhu və əzmkarlığı sayəsində baş tutacaq.

Həmin kateqoriyadan