“Top əlimizdə olanda, üslubumuza istədiyimiz mənanı veririk”

“Top əlimizdə olanda, üslubumuza istədiyimiz mənanı veririk”

İspaniya millisinin baş məşqçisi Lüis de la Fuente dünya çempionatının finalı öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, komandasının üstün cəhətləri barədə bunu deyib:

“Özümüzü narahat hiss edəcəyimiz yalnız bir ssenari var: oyun mübahisələrə və ya təxribatlara çevrilərsə. Argentinanın belə oynadığını demirəm, amma bu cür matçlarda güclü deyilik.

Futbolda yaxşıyıq. Top əlimizdə olanda, üslubumuza istədiyimiz mənanı veririk. Topu itirəndə pressinqdə çox mütəşəkkil və aqressiv oluruq. Gücümüz də budur”.

Həmin kateqoriyadan