Totti: “Mourinyunun baş məşqçiliyi altında oynamaq istəyərdim”

“Roma”nın əfsanəsi Françesko Totti klubun hazırki baş məşqçisi Joze Mourinyunu dəyərləndirib:

“Mən onunla tez-tez ünsiyyətdə oluram. Futbolçu olduğum vaxt onun komandasına qarşı oynadım. Jozenin baş məşqçiliyi altında çıxış etmək istəyərdim. Təəssüf ki, Mourinyunun başqa imkanları da var idi. O, başqa klubları seçdi”.

Futbolçu olduğu vaxt yalnız “Roma”da çıxış edən Totti 2017-ci ilin may ayında 40 yaşında peşəkar karyerasını bitirib. Mourinyu bundan cəmi 4 il sonra “Roma”ya rəhbərlik etməyə başlayıb.

Həmin kateqoriyadan