- Baxış sayı: 34
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 276
- Oktyabr 25, 2026
- 0

Türkiyə super liqasının 28-ci turunda keçirilmiş “Alanyaspor” – “Trabzonspor” matçından (2:2) sonra qalmaqal baş verib. Allsport.az xəbər verir ki, “Trabzonspor”un qapısına 90+5-ci dəqiqədə bərabərlik qolunu vuran meydan sahibləri bunu çılğın şəkildə qeyd edib.
Matçı tribunada izləyən Trabzon təmsilçisinin rəhbərliyi bundan narazı qalıb. Əvvəlcə tərəflər tribunada mübahisə ediblər. Ardınca “Trabzonspor”un prezidenti Əhməd Ağaoğlu və digər rəsmilər meydana daxil olaraq, “Alanyaspor”un işçilərinə hücum ediblər. Əhməd Ağaoğlu qarşı tərəfin söyüş söydüyünü əsas gətirərək, meydana girdiyini deyib.
Xal itkisindən sonra “Trabzonspor” 2-ci pillədə qalıb. “Bordo-mavililər” lider “Başağşəhər”dən 2 xal geridədir.