Türkiyə Super Liqasında 2 qardaşdan biri sevindi

Kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları dünən Türkiyə Super Liqasında forma geyindikləri klublarda növbəti oyunlarını keçiriblər.

Allsport.az saytı xəbər verir ki, 9-cu turda Oleq Georgiyevski «Trabzonspor»la evdə «Amasya» komandası ilə üz-üzə gəlib. Qaradənizlilər bu görüşdə rəqibini 24:20 hesabı ilə üstələyib. Hazırda «bordo-mavililər» yarış cədvəlində 8 xalla 8-cidir.

Oleqin qardaşı Sergey «Antalya»nın heyətində səfərdə «Mərsin Xandaş» klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərini qələbəsi ilə tamamlanıb – 27:30. Cənublular 4 xalla 12-ci yerdədir.

Həmin kateqoriyadan