Türkiyədə oynayacaq?

Türkiyədə oynayacaq?

“Qalatasaray”, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi heyətinə qatmaq istəyir.

Allsport.az xəbər verir ki, Türkiyə klubu 31 yaşlı futbolçu üçün 50 milyon avro təklif etməyə hazırdır.

Hazırda futbolçu ilə bağlı “Mançester Yunayted”ə rəsmi təklif daxil olmayıb. Lakin belə bir təklif gəlsə belə, İngiltərə təmsilçisinin onu rədd etmək niyyətində olduğu bildirilir.

Qeyd olunur ki, Fernandeşin 65 milyon avro qarşılığında sərbəst qalmasına imkan verən müqavilə bəndinin müddəti başa çatıb.

Həmin kateqoriyadan