- Baxış sayı: 59
- 23 Avqust 2026 10:54
- Baxış sayı: 61
- Avqust 26, 2026
- 0


İyulun 29-31-də cüdo üzrə U-17 yeniyetmələr arasında liqa yarışının 3-cü turu təşkil olunacaq.
Allsport.az xəbər verir ki, Abşeron olimpiya idman kompleksində keçiriləcək yarışda 86 klub və idman cəmiyyətini təmsil edən 670 cüdoçu (523 oğlan, 147 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
Bu, cari ildə U-17 liqasının son turu olacaq və yarışın nəticələri idmançıların reytinq cədvəlinin formalaşmasına mühüm təsir göstərəcək.