UEFA şəhərlərə verilən vaxtı uzatdı

UEFA aprelin 23-də Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin yekun siyahısını təsdiqləyəcək. Allsport.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib.

O, ev sahibliyindən kənarlaşdırılmaq ehtimalı olan 3 şəhərlə məsləhətləşmədən sonra qərar veriləcəyini deyib.

Avropa çempionatının “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına və 1/4 final mərhələsinin bir matçına Bakı olimpiya stadionu ev sahibliyi edəcək.

Həmin kateqoriyadan