UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi, qara dənizlilər “A” liqasını tərk etdi

Millətlər liqasının 4-cü qrupunun 6-cı turunda koronavirus səbəbindən ləğv olunmuş İsveçrə – Ukrayna oyunu ilə bağlı qərar verilib. Allsport.az saytı xəbər verir ki, UEFA qonaq komandaya texniki məğlubiyyət verib. Bununla da, sonuncu pilləyə düşən Andrey Şevçenkonun komandası “A” liqasını tərk edib.

Grüş qara dənizlilərin 6 futbolçusunun COVİD-ə yoluxmasına görə baş tutmayıb. İsveçrə səhiyyə nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyiblər.

Həmin kateqoriyadan