- Baxış sayı: 53
- 03 Sentyabr 2024 17:53
- Baxış sayı: 80
- Sentyabr 07, 2024
- 0
Bakıda taekvondo üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 5-ci günündə daha 2 çəkidə mükafatçılar müəyyənləşib.
Qadınlar arasında 46 kq-da dünya çempionatının qızıl medalı Lena Stoykoviçə (Xorvatiya) qismət olub. O, finalda Siken Kamonçanoku (Tailand) məğlub edib. 3-cü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutub.
Kişilər arasında 54 kq-da dünya çempionu titulunu Tae-Joon Park (Cənubi Koreya) qazanıb. Gümüş medala Huqo Arillo Vazques (İspaniya) layiq görülüb. Üçlüyü Omonjon Otajonov (Özbəkistan) və Görkəm Polad (Türkiyə) qapayıblar.
Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kq) 1/16 finalda Ruka Okamotoya (Yaponiya), eyni mərhələdə Səyyad Dadaşov (54 kq) Omonjon Otajonova (Özbəkistam) məğlub olub.
Qeyd edək ki, mundiala iyunun 4-də yekun vurulacaq.