“Ümumi götürdükdə komandamız yaxşı çıxış etdi”

Azərbaycan komandasının baş məşqçisi Fernandu Santuş Riqadakı “Skonto” stadionunda Latviya yığması ilə keçirilən yoldaşlıq görüşündən mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis görüşü dəyərləndirib:

“Komandamız konsentrasiyalı idi. Meydanda yaxşı təşkil olunmuş kollektiv gördüm. Qələbə qazanmaq istəyirdik. İlk 15-20 dəqiqədə topa nəzarət baxımından müəyyən problemlər oldu. Ancaq sonradan vəziyyəti düzəltdik. Ümumi götürdükdə komandamız yaxşı çıxış etdi. İkinci hissədə topa nəzarət, demək olar ki, bizim tərəfimizdə idi. Rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yarada bilirdik. Latviya yığmasının isə heç bir qol epizodu olmadı. Yeganə çatışmazlıq ələ düşən vəziyyətləri qola çevirə bilməməyimiz oldu. Ümumilikdə bizim üçün pozitiv oyun alındı”.

Milli növbəti yoldaşlıq görüşünü iyunun 10-da, “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçirəcək.

Həmin kateqoriyadan