- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

Uruqvay millisinin yeni baş məşqçisi müəyyənləşib.
Allsport.az xəbər verir ki, federasiya Marselo Bielsanın istefasından sonra Dieqo Forlanı əsas yığmanın baş məşqçisi təyin edib.
46 yaşlı mütəxəssis eyni zamanda Uruqvayın U-20 millisində də fəaliyyətini davam etdirəcək.
O, hər iki komandaya 2027-ci ilin mart ayınadək rəhbərlik edəcək.
Dieqo Forlan futbolçu karyerasında “Mançester Yunayted”, “Vilyarreal”, “Atletiko”, “İnter” və “Penyarol” kimi klubların formasını geyinib.
O, 2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu seçilmişdi.