Uruqvay millisində istefa

Marselo Biyelsa bu gün keçirdiyi mətbuat konfransında Uruqvay yığmasının baş məşqçisi vəzifəsindən istefa verdiyini elan edib.

Allsport.az saytı xəbər verir ki, Uruqvay millisi DÇ-2026-da pley-off mərhələsinə yüksələ bilməyib. Komanda İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə yer aldığı qrupda cəmi 2 xal toplayaraq üçüncü yeri tutub.

“Bu nəticəyə görə məsuliyyət tamamilə mənim üzərimdədir və yekun nəticəyə bəraət qazandıra bilmərəm. Yekunda deyə bilərəm ki, ixtiyarımda olan resurslardan, yəni futbolçuların keyfiyyətindən düzgün istifadə edə bilmədim. Əlimizdən gələni etdik, amma bu kifayət etmədi. Əminəm ki, fərqli seçim etsəydim belə, nəticə dəyişməyəcəkdi”, – deyə Biyelsa bildirib.

Həmin kateqoriyadan