Vətən müharibəsi qazisi qran-pridə qızıl medal qazanıb

Azərbaycan para-atletləri İsveçrənin Nottvil şəhərində keçirilən qran-pridə daha 3 medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, disk atma növündə iştirak edən Oloxan Musayev (F55) 34.47 metr, uzunluğa tullanma növündə iştirak edən Elçin Muradov (T11) 6.15 metr nəticə göstərərək 1-ci yeri tutublar. Adı son çəkilən atlet şəxsi məşqçisi Ceyhun Xaliqovdur.

Nüvə itələmə növündə (F46) 11.71 metr nəticə göstərən Rasim Yaxin da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 44 günlük 2-ci Vətən müharibəsinin də iştirakçısı olub. Daxili qoşunların xüsusi təyinatlı qüvvələrinin tərkibində Murov, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Azərbaycanın mədəniyyət paytaxtı uğrunda gedən hərbi əməliyyatlarda yaralanıb.

Uzunluğa tullanma növündə Toğrul Hümbətov (T11) isə 5.73 metr nəticə ilə gümüş medala sahib çıxıb.

Həmin kateqoriyadan