- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde Uruqvay millisinin oyunlarında iştirak etməyəcək.
Alksport.az xəbər verir ki, 27 yaşlı futbolçunun uruqvaylıların heyətində yer almaması zədə və ya fikir ayrılığı ilə bağlı deyil. Bu, Federiko ilə baş məşqçi Marselo Bielsa arasında qarşılıqlı razılaşdırılmış qərafdır.
Uruqvay millisi oktyabrın 10-da Dominikan Respublikası, 13-də isə Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Valverde millinin heyətində 71 oyunda 8 qol vurub və iki məhsuldar ötürmə edib.