“Visla”nın baş məşqçisi: “Qarabağ” kimi səviyyəli komanda ilə oyun vacib idi

“Yüksək səviyyəli rəqibə qarşı çox yaxşı oyun oldu. Səviyyə, sürət və intensivliyə görə belə komanda ilə matç son dərəcə vacib idi”. Allsport.az saytı xəbər verir ki, bu sözü Polşanın “Visla” (Krakov) klubunun baş məşqçisi Adrian Qulya Antalya toplanışında “Qarabağ”la yoxlama matçından sonra deyib. O, 3 hissəli görüşdə rəqibin üstünlüklərini qeyd edib:

“Məlumdur ki, topsuz daha çox işləməli olduq, amma komanda bunu bacardı. Xüsusən müdafiədə və və meydanın mərkəzində boşluqları bağladıq. Rəqib cinahlardan hücumlar qura bilirdi. Oyunun müəyyən fraqmentlərindən və ya əks-hücumdan yararlana bilmədik.

Təəssüf ki, penaltini də qola çevirə bilmədik. Amma bu oyun komandanın düzgün istiqamətdə getdiyini göstərdi. Rəqibin baş məşqçisi ilə birlikdə 90 dəqiqədən daha çox oynamaq qərarına gəldik. Bu, yaxşı qərar idi. Çünki oyunçularda matçın intensivliyini təmin etdik. Əlavə olaraq, komandada rəqabət gördük”.

Həmin kateqoriyadan