Vüsal İsgəndərlinin komanda yoldaşı dünyasını dəyişib

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatia”nın oyununda bədbəxt hadisə baş verib.

Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu Rafael Dvamena oyun zamanı ürək tutmasından dünyasını dəyişib.

Hadisə Albaniya çempionatının 13-cü turunun “Partizani” ilə görüşündə baş verib. Matçın 24-cü dəqiqəsində huşunu itirən futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Vüsal oyunu ehtiyat skamyasından izləyib.

Həmin kateqoriyadan