«Xəzər adaları» «Neftçi»ni də üstələdi

Bu gün «ABU-Arena»da futzalçıların ölkə çempionatının Yüksək liqasında 14-cü tura start verilib. Allsport.az saytı xəbər verir ki, açılış matçında «Xəzər adaları» yarışın ortabablarından sayılan «Neftçi» İdman Klubu ilə görüşüb.

Qış fasiləsində heyətini gücləndirməyən «ağ-qaralar» sözügedən matçda çətin anlar yaşayıb. Üstün oyun debütant rəqibini 5:2 məğlub edib.  Qalib komandadan qolları Anos Rodriges (14), Sezar (17; 24), Edu (39) və Aleksandr da Silva vurublar (40).

«Neftçi»dən Zurab Lukava (18) ilə Georgi Altunaşvili (36) fərqləniblər.

Bu qələbə sayəsində «Xəzər adaları» zirvədə yerini möhkəmləndirib. Xalını 39-a yüksəldən debütant, yaxın izləyicisi «Fənər»lə arasındakı 5 xallıq fərqi qoruyur.

Bu turda «Fənər» –  «Araz» qarşılaşması ayın 12-də keçiriləcək.

Həmin kateqoriyadan