- Baxış sayı: 44
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Türkiyədə keçirdiyi yay təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” ötən gün ikinci yoxlama oyununu keçirdi. Allsport.az xəbər verir ki, cənub klubu Türkiyə Super Liqa təmsilçisi “Kasımpaşa” ilə qarşılaşdı və 0:2 hesablı məğlubiyyətlə üzləşdi.
“Xəzər Lənkəran” bu gün istirahət edəcək. Komanda bir günlük istirahətin ardından iyul ayının 16-dan başlayaraq məşqlərini davam etdirəcək.
“Ağ-yaşıllar”ın növbəti yoxlama oyunu iyulun 18-nə planlaşdırılır. Rəqibin kimliyi isə hələlik, müəyyənləşməyib.