Xavi artıq bezib

Xavi hesab edir ki, irqi ayrı-seçkilik halında yarışlar dayandırılmalıdır.

Allsport.az xəbər verir ki, bundan əvvəl “Real”ın la liqanın 35-ci turu zamanı Vinisisus Cuniyor azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalıb. Oyun 8-ci dəqiqədə dayandırılıb. Stadionun şərhçiləri mövzu ilə bağlı xəbərdarlıq edib və bu barədə hesab lövhəsində yazı nümayiş olunub.

“Matçları dayandırmaq lazımdır. Bu, yeganə peşədir ki, söyüş söymək adətdir. İşdə təhqirlərə məruz qalan bir çörəkçi və ya işçi görməmişəm. Bütün bunlara son qoymalıdır.

İşlərkən təhqirlərə və cahillərə dözmək lazım deyil. Mən bu fürsətdən istifadə edərək bunu deyirəm. “Bu yetər” deməliyik”, – deyə “Barselona”nın baş məşqçisi deyib.

Həmin kateqoriyadan