Xavi “Barselona” prezidentindən Messini geri qaytarmağı xahiş edib

Allsport.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Xavi, katalonların prezidenti Joan Laportaya hücumçu Lionel Messini komandaya qaytarmaq istəyindən danışıb.

“Bəli, bu, mənim üçün məntiqlidir. Heç şübhə etmirəm ki, Messi geri qayıtsa, futbol baxımından bizə kömək edəcək. Bu barədə prezidentə məlumat verdim.

O, hələ də qələbələrə acdır. Oynamaq istədiyimizi nəzərə alsaq, onun bizə çox şey verəcəyinə şübhə etmirəm. Amma bu ondan asılıdır. Qapılarımız onun üzünə açıqdır. Gəlmək istəyirsə, məşqçi kimi mənim heç bir etirazım yoxdur” – Xavi bildirib.

Həmin kateqoriyadan