Xavi müqaviləni uzadacaq?

Xavi “Barselona” ilə müqaviləsini uzadacaq.

Allsport.az xəbər verir ki, klubla baş məşqçi arasında aparılan müzakirələr son həftələr ərzində xeyli irəliləyib. Yekun qərar yaxın vaxtlarda veriləcək, tərəflər son detallar barədə razılığa gəlməlidir.

Mütəxəssisin 2026-ci ilə qədər müqavilə imzalayacağı gözlənilir.

Xavi 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. 2022/23 mövsümündə rəhbərlik etdiyi komanda İspaniya çempionu oldu və ölkə superkubokunun qalibi oldu.

Həmin kateqoriyadan