Xavi: “Qapılarımız Messinin üzünə açıqdır”

Allsport.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Xavi Lionel Messinin Kataloniya klubuna qayıdacağından əmindir.

“Özünü hər şeyi qazanan futbolçunun yerinə qoymaq çətindir, elə deyilmi? Onun hansı şübhələri ola bilər, bilmirəm. Messinin fikrini oxuya bilmirəm.

Qapılarımız Messinin üzünə həmişə açıqdır. Düşünürəm ki, o, bizə çox şey verə bilər və bu komandanı sevir. Hər şey Messinin qərarından asılıdır”.

Həmin kateqoriyadan