Xorvatiyalı mütəxəssis köməkçisi Mahmud Qurbanovu “Bursaspor”un oyununa göndərib

Türkiyə Superliqasının 9-cu turunda keçirilən “Bursaspor” – “Konyaspor” görüşünü (2:0) Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov canlı izləyib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Robert Prosineçki köməkçisini bu matça meydan sahiblərinin hücumçusu Dəniz Yılmazı oyununa baxmaq üçün göndərib.

Qeyd edək ki, FİFA-nın millimizdə çıxış etməsinə razılıq verdiyi hücümçu, son qarşılaşmalarda 90 dəqiqə meydanda olur. Xorvatiyalı mütəxəssis yardımçısının ona təqdim edəcəyi mərüzəyə əsasən, bu futbolçunu millimizin qarşıdakı toplanışına çağırıb-çağırmamağa qərar verəcək.

Maraq üçün bildirək ki, Azərbaycan millisini noyabrın 11-də Şimali İrlandiya ilə oyun gözləyir.

Həmin kateqoriyadan