Yalan və özünü təmiz qələmə vermə ustadının növbəti ağ yalanı

“Sehirli xalat” filmində sarayda xanla pioner arasında bir dialoq var. Rəşid: “Bu xalatın köməkliyi ilə əfsanəvi ölkələrə səyahət edib saysız-hesabsız sərvət gətirmək olar”. Xan məktəbliyə qulaq sadıqdan sonra belə deyir: “Sən o qədər yalan-palan danışdın ki, əgər bu saat sarayımda gopçular mübahisəsi keçirilsəydi, sən şübhəsiz qalib gələrdin. Mən də səni sarayın baş təlxəyi edərdim”.

Gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədovun  bu günlərdə Minskdə təşkil olunan yeniyetmələtin 2-ci MDB oyunları ilə bağlı azertac.az-a verdiyi açıqlama nağıldan geri qalmır. Sitat:

“Medalların 10-u qızıldır. 2 il öncə Rusiyanın Qazan şəhərində (Tatarıstan paytaxtını nəzərdə tutur) keçirilmiş ilk MDB oyunlarında Azərbaycan 60 medal əldə etmişdi. Həmin vaxt yarışı medalların əyarına görə 4-cü, sayına görə isə 5-ci sırada bitirmişdik. 2-ci MDB oyunlarında isə həm medalların əyarı, həm də sayı baxımından 4-cü yeri tutduq. Şükürlər olsun ki, əvvəlki ilə müqayisədə daha yaxşı nəticə göstərilib”.

Yalan və özünü şəffaf qələmə vermədə pərgar olan Elnur Məmmədov, növbəti dəfə cəfəng danışıb. Özü də dövlət agentliyinə. Demək, utanmadan, çəkinmədən ölkə başçısı və Milli olimpiya komitəsinin prezidenti İlham Əliyevə, eləcə də idman ictimaiyyətinə yanlış bilgilər verir, uğursuzlalarını gizlətməyə çalışır. Əslində isə, 4-11 sentyabr 2021-ci ildə Qazanda ilk MDB oyunlarında Azərbaycan 16 qızıl, 16 gümüş və 28 bürünc medal qazanıb. Bu ilin 4-14 avqustunda Minskdə eyni tədbirdə 10 qızıl, 17 gümüş və 35 bürünc medal əldə olunub. “Cənab 0:8”, 16 qızıl çoxdur, yoxsa 10? Yəqin, sən də nazir Fərid Qayıbov kimi institutda yaxşı oxumamısan. Əks halda, 16-nın 10-dan xeyli çox olduğunu bilərdin.

GİN-in yeni qərəzli rəhbərliyi gələn dönəmdən (senytabr 2021-ci il) olimpiya proqramında dünya çempionatında qızıl medala həsrət qalan Azərbaycan idmanı, o vaxtdan ancaq uğursuzluq, rəzalət və fiasko görür. Məhz bu səbəbdəndir ki, idmana cavabdeh olan şəxs ucuz açıqlaması ilə medalın sayında təsəlli tapır. Amma hələ də bilmir və anlamır ki, idmanda nəticə sayla yox, əyarla ölçülür.

“Neftçi” futbol klubunda icraçı direktor olarkən min oyundan çıxan, öz xoşu ilə getməyincə, “Qəbələ”dən 8 cavabsız qolla yola salınan Elnur Məmədov, indi də əməllərindən qalmır və hər yerdə özünü dürüst və şəffaf kimi qələmə verir. Elə bilir, gizli addımlarından bolqar nazir müavini Mariana Vasilyeva xəbərsizdir.

Polşada, 3-cü Avropa oyunlarında prosport.az-ın təsisçisi Səbuhi Musayevlə (həmyerlisi) xeyli məhəbbət edib. Ona xeyli nağıl danışıb. Krakovda barışıb, Bakıda küsüşüblər. Dində və tibdə yalan danışmağın öz termini, adı var. Atalar isə deyib ki, yalan ayaq tutar, yeriməz…  

Y.S. “O olmasın, bu olsun” filmində Məşədi İbad üzünü qonaqlara tutub deyir: “Əşi, siz bu gəlini gətirəndə, bir baxmadız görək a, bu arvaddır, yoxsa kişidir?” Tacirin sözü olmasın, Azərbaycan idmana cavabdeh olan şəxsi təyin edəndə, onun keçmişinə baxmazlar?  “Bilməyən” nə vaxtacan bilməyəcək?

Həmin kateqoriyadan