- Baxış sayı: 56
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

İspaniya millisinin hücumçusu Lamin Yamal braziliyalı Peledən sonra 18 yaşına qədər Fransa yığmasına 3 qol vuran ilk oyunçu olub.
Allsport.az xəbər verir ki, 17 yaşlı futbolçu buna millətlər liqasının Fransa ilə yarımfinal matçında nail olub.
Oyun İspaniyanın 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Yamal bu oyunda dubl edib. “Barselona”nın futbolçusu bundan əvvəl 16 yaşında da Fransa yığmasına qol vurmuşdu.