- Baxış sayı: 42
- 13 İyul 2026 23:38
- Baxış sayı: 90
- İyul 13, 2026
- 0

İspaniya millisinin futbolçusu Lamin Yamalın sevgilisi İnes dünya çempionatının finalı öncəsi maraqlı paylaşımı ilə diqqət çəkib.
Allsport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Yamalın finala yüksəlməsi üçün emosional çağırış edib.
İnes paylaşımında bunları yazıb:
“Sevgilim, finala çıxmaq üçün nə lazımdırsa et. Məni eşidirsən? Nə lazımdırsa!”
Məlumata görə, onun bu istəyinin səbəbi final oyununun fasiləsində keçiriləcək musiqi şousudur. Belə ki, iyulun 19-da təşkil olunacaq proqramda Castin Biber də səhnəyə çıxacaq. Kanadalı müğənni Madonna, Şakira və BTS qrupu ilə birlikdə dünya çempionatının tarixində ilk dəfə təşkil olunacaq final fasiləsi şousunda çıxış edəcək.