- Baxış sayı: 53
- 25 Mart 2026 17:33
- Baxış sayı: 133
- May 08, 2026
- 0

Yaponiyanın paraphoto.org saytı Azərbaycan paracüdo komandasının Tokio paralimpiadasında uğurla çıxışına həsr edilən məqalələr yayıb. Allsport.az xəbər verir ki, məşhur “Nippon Budokan” idman mərkəzində ardıcıl 3 gün keçirilən yarışda millimizin böyük müvəffəqiyyətlə çıxış etdiyi xüsusi qeyd edilib, finalın heç birini uduzmadığımız vurğulanıb.
Xatırladaq ki, paracüdoçularımız Tokioda 6 qızıl – Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) və 2 bürünc – Namiq Abbaslı (66 kq), İlham Zəkiyev +100 kq) medal qazanıblar.
İdrak CAMALBƏYLİ