“Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq”

Sabah Azərbaycan millisi Türkiyənin Alanya şəhərində yerli futbolçularla beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Allsport.az saytı xəbər verir ki, matç öncəsi seçmə komandanın hücumçusu Ramil Şeydayev bunu söyləyib:

“Hamı bilir ki, Türkiyə güclü rəqibdir. DÇ-nin seçmə mərhələsində əldə etdikləri nəticələr hər şeyi deyir. Onlar Avropa çempionatına hazırlaşırlar.

Məncə, oyun çox maraqlı alınacaq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Komanda olaraq bu oyun hazırıq”.

Həmin kateqoriyadan