- Baxış sayı: 32
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

“Fənərbağça”nın sabiq futbolçusu Duşan Tadiçin yeni klubunun adına aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, serbiyalı vinger karyerasını Niderlandda davam etdirəcək.
Tadiç “NEK Neymeqen”lə anlaşıb. 37 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Duşan Tadiçin son klubu “Əl-Vahda” olub. Təcrübəli oyunçu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.