Yeniyetmə-gənc taekvondo komandalarımız Avropa birinciliyinə yollanır

24-27 avqustda Estoniya paytaxtı Tallində taekvondoçuların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə səfərə 28 milli üzvü yollanacaq.

Təlim-məşqləri başa vuran 21 yaşlı gənclər yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev rəhbərliyi ilə oğlanda Bəhruz Quluzadə və Səyyad Dadaşov (hər ikisi – 54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev və Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq) çıxış edəcəklər.

Qızlarda baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi ilə Minayə Əkbərova (46 kq), Aysel Xudaverdiyeva (53 kq) mübarizə aparacaqlar.

Yeniyetmə milimizin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimov İlyas Hətəmli (33 kq), Məhəmməd Həsənli (37 kq), Harun Salamazadə (41 kq), Vasif Səlimov (45 kq), Bahadur Dostuyev (49 kq), İslam Əhmədzadə (53 kq), Hüseyn Xudiyev (65 kq), Zəhra İsayeva (29 kq), Xuraman Cavadzadə (33 kq), Fatimə İsmayılzadə (37 kq), Şəms Əlizadə (44 kq), Nərgiz Kazımova (47 kq), Aişə Ağamirzəzadəyə (51 kq) fürsət verəcək.

Həmin kateqoriyadan