Yeniyetmə stolüstü tennisçilər Berlində

Yeniyetmə stolüstü tennisçilər Berlində

Qax olimpiya idman kompleksində və Türkiyənin Yalova şəhərində toplanışı başa vuran yeniyetmə stolüstü tennisçilər, məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə təlim-məşqi paytaxtda davam etdiriblər.

Allsport.az saytı xəbər verir ki, oğlanlar və qızlar mayın 16-dan 18-dək Berlində, 20-dən 22-dək Vladislava şəhərində (Polşa) turnirlərə qatılacaqlar. Bu yarışlarda iştirakın əsas məqsədi iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.

Həmin kateqoriyadan