Yeniyetmə taekvondoçularımız Konya oyunlarında

Türkiyədə ənənəvi “Rumi” uşaq idman oyunları turniri keçiriləcək. Allsport.az xəbər verir ki, Konya şəhər Səlçuq Bələdiyyəsi Spor Salonunda baş tutacaq turnirdə, idmanın müxtəlif növləri üzrə yarışıların keçirilməsi nəzərdə tutulub. Sayca 6-cı olan yarışa , taekvondo idman növünün təmsilçiləri də qatılacaq.

21-22 apreldə keçiriləcək yarışlarada Almaniya, Belarus, Ukrayna, Yunanıstan, Türkiyə, Konya komandası iştirak edəcək. Bu oyunlarda ölkəmizi 10 yeniyetmə idmançı təmsil edəcək.

Milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovunun rəhbərliyi ilə yarışda Raul Əsədli (37 kq), Nurlan Şirinov (45 kq), Cavad Ağayev (53 kq), Elşad Məmmədov (61 kq), Seymur Quliyev (+61 kq), Röyü Süleymanova (33 kq), Mirvari Qəmbərli (41 kq), Qönçə Hüseynli (47 kq), İlahə Quluzadə (55 kq) və Şəms İsayevaya (+55 kq) iştirak edəcəklər.

Bu gün qardaş ölkəyə yollanan komandamız 24 apreldə Vətənə dönəcək.

Həmin kateqoriyadan