Yeniyetmələrin oyununda ölüm

Allsport.az xəbər verir ki, Almaniya polisinin bildirdiyinə görə, futbol turnirində iştirak edən 15 yaşlı oğlan rəqib oyunçu ilə davadan sonra xəstəxanada ölüb.

Hadisə Frankfurtda beynəlxalq gənclər turnirinin matçından sonra baş verib. Almaniya yığmasının 15 yaşlı oyunçusu rəqiblərdən biri ilə dalaşıb və başından ciddi zədə alıb. Bir müddət komada qalan gənc, dünyasını dəyişib.

Şübhəli şəxs Fransanın “Metz” klubunun 16 yaşlı oyunçusudur. O, çox keçməmiş həbs olunub.

Həmin kateqoriyadan