Yeniyetmə stolüstü tennisçilərin Berlin və Vladislava sınaqları

Yeniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq “Pro Tur” yarışlarında iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, oğlan və qız tennisçilər mayın 17-dən 19-dək Berlində, 20-dən 22-dək Polşanın Vladislava şəhərində turnirlərə qatılacaqlar. Hər 2 komanda ənənəvi yarışa böyük həvəs və qələbə əzmi ilə hazırlaşır.

Qax olimpiya idman kompleksində və Türkiyənin Yalova şəhərində təlim-məşq toplanışlarını başa vuran tennisçilər, məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə hazırlığı Bakıda davam etdirirlər.

Beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə, Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyacaq.

Bu yarışlarda iştirakın əsas məqsədi iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.

Həmin kateqoriyadan