Yunan-Roma güləşində ilk 7 çəkidə ölkə çempionları müəyyənləşdi

Noyabrın 7-də Bakı idman sarayında güləş üzrə Azərbaycan çempionatına start verildi. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə yunan-Roma üsulu ilə çıxış edənlər arasında ilk 7 çəkidə mükafatçılar müəyyənləşdi. Yarışın 1-ci günündə açılış oldu. Tədbirin əvvəlində hakimlərin ənənəvi keçidi baş tutdub. Sonra 2-ci Vətən uğrunda olan şəhid olan əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.

Mərasimin rəsmi hissəsinin davamında gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan güləş federasiyasının prezident əvəzi Namiq Əliyev çıxış etdilər.

55 kq
1. İbrahim Nurullayev (Gömrükçü, Cəlilabad)
2. Fərid Sadıxlı (UGİM-5)
3. Zaur Əliyev (MOİK), Ziyad Zeynalov (Neftçi)

60 kq
1. Elmir Əliyev (Neftçi, Pəhləvan)
2. Fərdi Hümbətov (DİN)
3. Ziya Babaşov (MOİK), Nihad Quluzadə (Neftçi)

63 kq
1. Murad Məmmədov (Neftçi, Sumqayıt)
2. Təvəkgül Həziyev (DİN, Sumqayıt)
3. Orxan Eyvazov (MOİK), Həsən Məmmədli (DİN)

67 kq
1. Namaz Rüstəmov (Cəngi)
2. Taleh Məmmədov (Neftçi)
3. Fərid Xəlilov (DİN, Sumqayıt), Rəvan Nuriyev (Təhsil, Qubadlı)

72 kq
1. Ülvü Qənizadə (Neftçi)
2. Ruslan Nurullayev (Gömrükçü, Cəlilabad)
3. Kamran Məmmədov (DİN), Adəm Hacızadə (Atasport)

77 kq
1. Sənan Süleymanov (Neftçi)
2. Xasay Həsənli (Neftçi)
3. Şirxan Quliyev (Neftçi), Azad Əliyev (MOİK)

82 kq
1. Tuncay Vəzirzadə (Spartak)
2. Nəsir Həsənov (MOİK)
3. Hüseyn Abbasov (Zenit, Sumqayıt), Tural Daşdəmirov (Neftçi)

Həmin kateqoriyadan