- Baxış sayı: 58
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 402
- Noyabr 09, 2026
- 0
Milli basketbolçumuz Aleksandr Rındinin çıxış etdiyi «Universitet-Yuqra» Superliqanın 15-ci turunda doğma divarlar arasında «Ximki-Podmoskovye» klubunu qəbul edib.
Allsport.az saytı xəbər verir ki, ardıcıl bir neçə məğlubiyyət alan «tələbələr» nəhayət, bu matçda seviniblər – 88:67. Görüşdə həmyerlimiz 5 xal qazanıb, 2 götürmə və 1 ötürmə edib.
«Universitet-Yuqra» hazırda ölkə çempionatında 24 xalla 8-ci yerdədir. Rındinin komandası sonrakı oyununu yanvarın 19-da evdə «Almatınski Legion»a qarşı keçirəcək. Rəqib 17 xalla sonuncudur.