“Yuventus” böyük məbləğdə cərimələnib

Allsport.az xəbər verir ki, “Yuventus” 700 min avrodan çox məbləğdə cərimələnib.

Bu gün İtaliya Futbol Federasiyası (FIGC) futbolçuların maaşları ilə bağlı qayda pozuntuları işi ilə əlaqədar hökm çıxarıb. İtaliyanın futbol qurumları “Yuventus”la barışıq anlaşması əldə edib və klubun xallarını silməyib.

Razılaşmaya əsasən, “Yuventus” 718 min avro cərimə ödəyəcək və davam edən idman işlərində apellyasiya şikayətindən imtina edəcək.

“A” seriyasının 37 turundan sonra “Yuventus” 59 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Klub qondarma kapital qazancına görə 10 xaldan məhrum edilib.

Həmin kateqoriyadan