“Yuventus” onları istəmir

Mövsümün sonunda 2 futbolçu eyni anda “Yuventus”u tərk edəcək. 

Allsport.az xəbər verir ki, söhbət yarımmüdafiəçilər Leandro Paredes və Anxel Di Mariadan gedir.

Klub yayda azad agentə çevriləcək 35 yaşlı Di Mariya ilə müqaviləni yeniləmək niyyətində deyil.

28 yaşlı Paredesə gəlincə, futbolçunun icarə müqaviləsi başa çatır və “Yuventus” onu satın almayacaq. 

Belə ki, yayda argentinalı PSJ-yə qayıdacaq və parislilər artıq yarımmüdafiəçini satmağa çalışacaqlar.

Bu mövsüm Di Maria 38 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. 

Paredesin aktivində isə 37 oyun, 1 qol və 2 məhsuldar ötürmə var.

Həmin kateqoriyadan