“Yuventus” rəhbərliyi Alleqrini növbəti mövsümdə saxlamaq qərarına gəlib

Massimiliano Alleqri 2023/24 mövsümündə “Yuventus”u çalışdırmağa davam edəcək.

Allsport.az xəbər verir ki, bazar Turin təmsilçisinin rəhbərliyi 55 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirmək qərarını təsdiqləyib. 

Səbəblərdən biri iqtisadi xarakter daşıyır və Alleqrinin 2025-ci ilə qədər hesablanmış müqaviləsinin işdən çıxarılması halında nəzərdə tutduğu əhəmiyyətli təzminatla bağlıdır.

Bu mövsüm klub “A” seriyasında 10 xaldan məhrum edilərək 7-ci yeri tutub. 

Onlar, qrup mərhələsində Çempionlar liqasından kənarda qaldılar, sonra isə Avropa Liqasının yarımfinalına yüksəldilər. İtaliya kubokunda isə yarımfinal mərhələsində mübarizəni dayandırıblar.

Həmin kateqoriyadan