- Baxış sayı: 43
- 19 İyun 2026 00:58
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 5-də Zaqatala olimpiya idman kompleksində olub.
Allsport.az saytı xəbər verir ki, burada kompleksin fasadı, universal və köməkçi zallar, foye, üzgüçülük hovuzu əsaslı təmirdən sonra istifadəyə verilib.
Nazir Fərid Qayıbov kompleksdə idmançılar və valideynlərlə də görüşüb, söhbət edib. Onlar kompleksin təmirinə və burada yaradılan şəraitə görə təşəkkür ediblər.