- Baxış sayı: 88
- 08 May 2026 11:59
- Baxış sayı: 104
- May 10, 2026
- 0
Millimizin basketbolçusu Zaur Paşayevin formasını geyindiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» doğma divarlar arasında «Polis Akademiyasımı» qəbul edib. Gərgin keçən görüşdə həmyerlimizin komandası 76:74 hesabı ilə qalib gəlib.
Bu qarşılaşmada Zaur Paşayev 8 xal qazanıb, elə bu sayda ötürmə verib, 5 götürmə edib. 8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 12 xalla 3-cü sıraya yüksəlib.