- Baxış sayı: 58
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 400
- Noyabr 09, 2026
- 0
Millimizin basketbolçusu Zaur Paşayevin formasını geyindiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, qış fasiləsindən sonra «ağ-yaşıllar» doğma divarlar arasında «Olimp»i qəbul edib. Gərgin keçən görüşdə həmyerlimizin komandası 83:77 hesabı ilə qalib gəlib.
Bu qarşılaşmada Zaur Paşayev ən yaxşılardan olub. O, 12 xal qazanıb, 9 ötürmə verib, 5 götürmə edib. 8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 14 xalla 3-cü sıradadır.