Zaur Paşayevin komandası Gürcüstan Superliqasında liderliyə yüksəldi

Dünən millimizin basketbolçusu Zaur Paşayevin çıxış etdiyi «Kutaisi 2010» klubu Gürcüstan Superliqasında növbəti oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, «ağ-yaşıllar» doğma divarlar arasında «Mgzavrebri»ni («Hərbi sərnişinlər») qəbul edib.

Gərgin keçən görüşdə həmyerlimizin komandası 78:71 hesabı ilə qalib gəlib. Bu matçda da Zaur Paşayev seçilib. Həmyerlimiz 8 xal qazanıb; 7 ötürmə verib və 2 götürmə edib.

8 kollektivin yer aldığı çempionatda «Kutaisi» 13 qarşılaşmadan sonra 23 xalla yarış cədvəlinə başçılıq edir. «Kutaisi» hesabında 22 xal olan Tiflis «Dinamo»sundan bir oyun çox keçirib.

Həmin kateqoriyadan