- Baxış sayı: 26
- 25 Avqust 2026 23:48
- Baxış sayı: 63
- Avqust 25, 2026
- 0


Dmitrios Çantakias “Zirə”də qol hesabını açıb. Allsport.az saytı xəbər verir ki, bu, premyer liqanın 10-cu turunun “Keşlə” ilə ev matçına təsadüf edib.
3:1 hesablı qələbəyə qolla töhfə verən yunan legionçu ilk qolunu “qartallar”ın heyətindəki 9-cu matçda vurub.
O, klub tarixinə premyer liqada qol vuran 45-ci futbolçu kimi düşüb. Onadək 44 oyunçu rəqib qapısına yol tapıb.