Təmsilçi obrazlar müəyyənləşdi

Təmsilçi obrazlar müəyyənləşdi

Cırtdan və Göyçək Fatma 2026-cı ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının təmsilçi obrazları olacaqlar.

Allsport.az xəbər verir ki, nağıl qəhrəmanları yarış zamanı tribunalarda yer alacaqlar.

Onların təkcə yarışın təmsilçi obrazları deyil, həm də ölkənin zəngin mədəni irsinin, milli nağıllarının və qonaqpərvərliyinin rəmzi olacaqları bildirilib.

2026-cı il Avropa çempionatının “C” qrupunun oyunları avqustun 21-28-də milli gimnastika arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Həmin kateqoriyadan